Sabirabadda qatarın vurduğu şəxs xəstəxanada öldü - YENİLƏNİB + FOTO
    • 25-05-2022, 20:55
    • 262

Sabirabadda qatarın vurduğu şəxs xəstəxanada öldü - YENİLƏNİB + FOTO

Sabirabad rayonunda qatar piyadanı vurub.

News24.az xəbər verir ki, hadisə bu gecə saat 03:30-da Şirvan-Astara dəmir yolu xəttinin Sabirabad rayonu Çiçəkli kəndi ərazisindən keçən hissəsinin 29-cu kilometrliyində qeydə alınıb.

Belə ki, qatar təxminən 35-40 yaşlarında kişini vurub.

O, ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Aparılan araşdırmalar zamanı həmin şəxsin şəxsiyyəti müəyyənləşməyib.

Həmin şəxs bu gün saat 17 radələrində xəstəxanada keçinib.


16:10

Sabirabad rayonunda qatar kişini vurub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

25.05.2022 ci il tarixdə saat 03:30-da Şirvan-Astara dəmir yolu xəttinin Sabirabad rayonu Çiçəkli kəndi ərazisindən keçən hissəsinin 29-cu kilometrliyində təxminən 35-40 yaşlarında kişini qatar vurub. Qatar vuran şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Aparılan araşdırmalar zamanı həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Onu taniyanlardan 0125902779 və 0705912123 telefon nömrələrinə zəng edərək Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Şirvan Stansiyasında Xətt Polis Bölməsinə zəng edərək məlumat vermələri xahiş olunur.