"Əsas instinkt 1" filmi haqda maraqlı faktlar - FOTO - VİDEO
    • 14-12-2018, 12:09
    • 4 640

"Əsas instinkt 1" filmi haqda maraqlı faktlar - FOTO - VİDEO

Xəfiyyə Nik Karen seksual zəmində törədilmiş qətl hadisəsini araşdırır. Bütün şübhələr öldürülən şəxsin rəfiqəsi və sonuncu kitabında eyni cinayəti tam təfərrüatı ilə təsvir etmiş yazıcı Ketrinin üzərinə düşür.

Ehtiras və qətllərlə dolu olan filmin baş qəhrəmanı olan cazibədar qadın öz növbəsində kişiləri idarə etmək üzrə inanılmaz bacarığa sahibdir...

News24.Az bu dəfə “Əsas instinkt 1” filmi haqda 12 maraqlı fakt təqdim edir:

1. İlkin mərhələdə Ketrin rolu üçün Kim Besincer, Qretta Şakki və Mişel Pfayffer nəzərdən keçirilirdi.

2. Emma Tomson, Culiya Roberts və Meq Rayan filmdə baş rolu oynamağı qəbul etməmişdilər.

3. Filmdə Maykl Duqlasın personajı “Hellraiser II” (1988) filminə baxır. 

4. Şeron Stounun geyindiyi paltarlar elə hazırlanmışdı ki, 1958-ci ildə çəkilən “Vertigo” filmində Kim Novakın paltarları təkrarlasın.

5. Demək olar ki, filmdə avtomobillə olan bütün təhlükəli səhnələri Maykl Duqlas özü oynayıb.  

6. “R” reytinqi (17 yaşa qədər şəxslərə filmi ancaq böyüklərlə birgə izləyə icazə verilir) ala bilmək üçün rejissor Pol Verxoven filmi 14 dəfə montaj etməli olmuşdu. 

7. Ssenarist Co Esterxaz həmin zaman üçün inanılmaz məbləğdə qonorar — 3 milyon dollar almışdı.

8. Çəkilişlərdən əvvəl Pol Verxoven bildirmişdi ki, “Əsas instinkt”, Holivudda çəkilən filmlər arasında kişinin cinsi orqanının ereksiya halında nümayiş olunduğu ilk ekran işi olacaq. Lakin onun istəyi həyata keçmədi.

9. Hər gün 50 polis nəfəri çəkiliş meydançasını mavi və lezbiyanların hüquqlarını müdafiə etmək məqsədilə etiraz edən aktivistlərdən qorumalı olurdu.

10. “Cek Deniels” viskisini istehsal edən şirkət Nikin Ketrinə həmin viskini təklif etdiyi səhnəyə görə 1 milyon dollardan artıq pul ödəmişdi. Əslində isə (kitab versiyasına görə) Ketrin Nikin əlində bu viski şüşəsini görəndə, “başqa bir şey varmı” deyə soruşur. Bu reklamdan sonra “Cek Deniels”in satışı bir neçə dəfə artmışdı.

11. Filmdə oynamaq üçün təklif olunan 14 aktrisadan yalnız Şeron Stoun Ketrin Tremel obrazını oynamağa razılıq vermişdi.

12. Film ABŞ cəmiyyətinin LGBT üzvləri arasında mənfi reaksiyaya səbəb olmuşdu, səbəb isə filmdə lezbilərin soyuqqanlı qatillər kimi göstərilməsi idi. Onlar filmin yaradıcılarını homofobiyada ittiham etmişdilər. LGBT aktivistləri və onlara can yandıranlar “Əsas instinkt” filminin premyerasının keçirilməsinə mane olmaq istəyirdilər.

Hazırladı: Səməd AĞAYEV