“TEKNOFEST Azərbaycan”a bilet əldə etmiş izləyicilərin NƏZƏRİNƏ
    • 28-05-2022, 10:19
    • 310

“TEKNOFEST Azərbaycan”a bilet əldə etmiş izləyicilərin NƏZƏRİNƏ

28 may tarixi üzrə “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının proqramında dəyişiklik edilib.

News24.az-ın məlumatına görə, 28 May - Müstəqillik Günü ilə əlaqədar festival çərçivəsində möhtəşəm konsert proqramı keçiriləcək.

Konsert saat 21:00-da başlayacaq və saat 23:00-da başa çatacaq.

Gün ərzində festival ərazisində hazırlıq işləri aparılacaq.

Bu gün üçün bilet əldə edən izləyicilər 20:30-da festivalın keçirildiyi əraziyə daxil ola biləcəklər.