-
- 14-12-2018, 14:47
- 988
“AAAF Park” rəhbərliyi yenidən verdiyi vədə əməl etmədi - Sakinləri etiraz aksiyalarına başladılar - FOTO
“AAAF Park” Yaşayış Kompleksinin rəhbərliyi sakinlərə verdiyi sözün üstündə durmayaraq kompleksdə yaşanan işıq, istlik sistem, lift və digər problemləri həll etməyib. Bununla əlaqədar olaraq artıq bir neçə gündür sakinlər yenidən etiraz aksiyalarına başlayıblar. Dünən axşam saatlarında daha bir etiraz aksiyası keçirilib.Bu barədə “AAAF Park” Yaşayış Kompleksinin sakini, Ümud partiyasının sədr müavini Tamilla Qulami məlumat verib. Onun sözlərinə görə, “AAAF Park” rəhbərliyi problemi həll edəcəyi ilə bağlı vədlər versə də, bununla bağlı on gün vaxt götürsə də, kompleksdə yaşanan problemləri həll etməyib:
“”AAAF Park”a rəhbərliyi problemləri həll etmək üçün, sakinlərdən 10 gün vaxt istəmişdi. Sadəcə yarımçıq bir şəkildə istilik verdilər. Digər problemləri həll etmədilər. Lift, işıq problemlərini həll edəcəklərinə söz versələr də, bu problemləri də həll etmədilər. Kompleks rəhbərliyi sakinlərlə xidmət müqaviləsi bağlamaq istədi, lakin bu müqavilə sakinlərin şirkətin mənfəətlərinə xidmət etdiyi üçün, sakinlər bu müqavilədən imtina etdilər. Onların bu müqavilədə əsas məqsədi xidmət göstərmədən pul yemək idi. Sakinlər problemlərinin həlli üçün şirkətə imkan tanıdı, lakin onlar problemləri həll etmədilər. Tələblərimizə məhəl qoyulmadığı üçün, hər gün axşam saatlarında “AAAF Park” Yaşayış Kompleksinin ofisi qarşısında öz etirazımızı bildirəcəyik. Bununla yanaşı hüquqi yollarla da haqqımızı tələb edəcəyik” -Tamilla Qulami belə deyib.
Xatırladaq ki, “AAAF Park” Yaşayış Kompleksinin sakinləri 4 günlük aksiyadan sonra, noyabrın 22-də şirkət rəhbərliyi ilə razılıq əldə etmişdilər. Razılaşmaya əsasən, şirkət rəhbərliyi kompleksdə yaşanan işıq, istilik sistemi, lift və digər problemlərin həlli üçün sakinlərdən 10 gün vaxt istəmişdi.
//Avropainfo