AzTU-nun komandaları “TEKNOFEST Azərbaycan”da mükafatlandırılıb
    • 30-05-2022, 13:50
    • 634

AzTU-nun komandaları “TEKNOFEST Azərbaycan”da mükafatlandırılıb

“TEKNOFEST Azərbaycan” çərçivəsində keçirilən müsabiqələrin II və III yeri tutan komandalarının mayın 29-da mükafatlandırılma mərasimi olub.
Azərbaycan Texniki Universitetinin (AzTU) "TwoDice Sabah" komandası “Sosialyönümlü texnologiyalar” müsabiqəsinin B kateqoriyasında ikinci, "Hi-Tech" komandası isə “Robotexnika” müsabiqəsinin B kateqoriyasında üçüncü yerə layiq görülüb. 

News24.az-ın xəbərinə görə, AzTU-nun mentorluq etdiyi şəhid ailələrinin övladlarından ibarət “Zəfər” komandası isə “Robotexnika” müsabiqəsinin A kateqoriyasında ikici yerə layiq görülüb.