Zaqatalada itkin düşən turistin axtarışları davam etdirilir - VİDEO
    • 2-06-2022, 11:54
    • 468

Zaqatalada itkin düşən turistin axtarışları davam etdirilir - VİDEO

Zaqatala rayonunda itkin düşən Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikathın axtarışları davam etdirilir.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zaqatala rayonunda itkin düşən 29 yaşlı Hindistan Respublikası vətəndaşının axtarışları davam etdirilir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularından, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşlarından ibarət qruplarla yanaşı ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar da axtarışlara cəlb olunub.

Hazırda çətin relyefli dağlıq ərzilərdə itkin düşən şəxsin tapılması istiqamətində bütün zəruri tədbirlər görülür.