-
- 2-06-2022, 12:16
- 585
Azərbaycanda 67 yaşlı kişi onu bezdirən kürəkənini öldürmək qərarına gəldi
Göygöldə kürəkəninə çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürməyə cəhd edən 1955-ci il təvəllüdlü Amil Əliyevin məhkəməsi keçirilib.
News24.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə ahıl kişi Cinayət Məcəlləsinin 29.120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilib. Məlum olub ki, Amil Əliyevin qızı 2008-ci ildə Azər Məhərrəmov adlı şəxslə ailə həyatı qurub. Lakin ilk illərdən onların evinsən söz-söhbət əskik olmayıb, mütəmadi dava-dalaş baş verib. 2010-cu ildə Amilin qızı həyat yoldaşındna boşansa da, sonradan yenidən barışıblar. Bu müddət ərzində Amil qızına yaşadığı Hacıməlik qəsəbəsində ev tikərək onun sakit və rahat yaşamasına şərait yaratmaq istəyib. Azər də hyat yoldaşı ilə barışdığından orada yaşamağa başlayıb. Lakin Azərin mütəmadi spirtli içki qəbul etməsi, həyat yoldaşını döyməsi, bəzən isə hasardan həyətə daxil olaraq arvadnı qorxutması ailədə münasibətləri daha da kəskinləşdirib.
Bundan sonra Amil Azərin valideynlərinə zəng edərək Azərin bu hərəkətlərə davam edərsə onu öldürəcəyi ilə hədələyib. Həmçinin Amilin qızı yaşaığı evi tərk edərək atasının evinə gəlib. Sentyabrın 25-də saat 22 radələrində Azər qayınatasının evinə gələrək nə səbəbə həyat yoldaşının evi tərk edib atası evinə gəldiyini deyib. Həmçinin Amilə onu öldürə bilirsə elə indi öldürməsini deyib. Bundan sonra dava dalaş başlayıb. Azərin onu yumruqla vurmasından və yerə yıxmasından sonra Amil həyətdəki stolun üstündəki mətbəx bıçağını götürərək kürəkəninə hücum edib. O, Azərə 9 bıçaq zərbəsi endirib.
Ailə üzvlərinin müdaxiləsindən sonra bıçağı Amilin əlindən almaq mümkün olub. Azər xəstəxanaya açatırılıb və onun hyatı xilas edilib.
Məhkəmədə Amil Əliyev kürəkənini öldürmək niyyətinin olmadığını deyib.
Azər isə qayınatsı ilə barşdığını, ondan şikayət və tələbinin olmadığını bildirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əliyevə 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.