-
- 2-06-2022, 21:48
- 439
Mariupolda daha 17 uşaq ölüb - FOTO
Rusiya hərbçiləri genişmiqyaslı müharibə başlayandan bəri 261 ukraynalı uşağı öldürüblər.
Bu barədə Ukrayna Baş Prokurorluğu öz “Telegram” səhifəsində məlumat yayıb.
“2022-ci il iyunun 2-də səhər saatlarına olan məlumata əsasən, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 721 uşaq zərər çəkib. Rəsmi məlumatlara görə, 261 uşaq həlak olub, 460 uşaq yaralanıb. Bu rəqəmlər yekun deyil, belə ki, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə aktiv döyüş əməliyyatlarının aparıldığı yerlərdə bu rəqəmlərin dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir”, – deyə məlumatda qeyd edilib.
Uşaqlar arasında ən çox qurbanların sayı Donetsk vilayətində - 184, Kiyev vilayətində - 116, Xarkov vilayətində - 112, Çerniqov vilayətində - 68, Xerson vilayətində - 52, Nikolayev vilayətində - 47, Luqansk vilayətində - 52, Zaporojye vilayətində - 29, Sumı vilayətində - 17, Kiyev şəhərində - 16 və Jitomir vilayətində - 15 olub.
Mayın 31-də Xarkov vilayətində Rusiyanın İzyum rayonunun İvanovkasını atəşə tutması nəticəsində 12 yaşlı oğlan həlak olub.
Mariupolun atəşə tutulması nəticəsində 17 uşağın öldüyü, 14 uşağın yaralandığı da məlum olub.
“Rusiya Federasiyası Silahlı Qüvvələri tərəfindən Ukraynanın şəhər və kəndlərinin davamlı bombalanması və atəşə tutulması nəticəsində 1938 təhsil müəssisəsi zərər görüb. Eyni zamanda, onlardan 182-si tamamilə dağıdılıb”, - deyə prokurorluqdan əlavə edilib./Oxu.az/