Hikmət Hacıyev Norveç səfiri ilə görüşüb
    • 3-06-2022, 18:29
    • 613

Hikmət Hacıyev Norveç səfiri ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Norveçin Azərbaycandakı qeyri-rezident səfiri Erlinq Skyonsberqlə görüşüb.

News24.az xəbər verir ki, norveçli diplomat bu barədə "Twitter"də bildirib.

Qeyd edək ki, Norveçin Azərbaycandakı səfirliyi qeyri-rezident əsasda fəaliyyət göstərir.