-
- 6-06-2022, 18:56
- 538
Ombudsman risk altında olan uşaqlardan DANIŞDI
“Nigahdankənar doğulan uşaqların sayı ümumi doğum sayının 14 faizini təşkil edir. Bu göstərici risk altında olan uşaqların sayından xəbər verir”.
News24.az Demokrat.az-a istinadən xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman Səbinə Əliyeva deyib.
S.Əliyevanın sözlərinə görə, qeyri-rəsmi nigahdan anadan olan uşaqların gələcəkdə rastlaşa biləcəyi problemlər çox olur:
“Biz ombudsman təsisatı olaraq çalışırıq ki, çox sayda maarifləndirmə işlərini aparaq ki, uşaqlar problemlərlə rastlaşmasınlar. Məlumdur ki, artıq anadan olandan bir çox hüquqdan məhdudlaşdırırlar və biz statistikaya nəzər keçirsək, əfsuslar olsun ki, bu cür uşaqların sayı ildən-ilə artdığını görərik. Hesab edirəm ki, bu istiqamətdə bir neçə qurum - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudusman Təsisatı, Mediasiya Şurası və digər dövlət orqanları birgə fəaliyyət göstərərək, bir çox maarifləndirmə işləri göstərə bilərlər”.
Ombudsman onu da əlavə etdi ki, nigaha daxil olan şəxslərin sayı azalsa da boşanmaların sayı keçən illə müqayisədə dəyişməz olaraq qalıb.