Qaydaları pozan 16 nəfərin qəbul imtahanlarındakı nəticəsi ləğv olundu
    • 7-06-2022, 02:02
    • 316

Qaydaları pozan 16 nəfərin qəbul imtahanlarındakı nəticəsi ləğv olundu

Mayın 21 və 22-də II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün ərizə təsdiq etmiş 42261 abituriyentdən (II qrup üzrə 20740 nəfər, III qrup üzrə 21521 nəfər) 3674 nəfəri (II qrup üzrə 2338 nəfər, III qrup üzrə 1336 nəfər) imtahanda iştirak etməyib.

Bu barədə News24.az -a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, imtahanda iştirak edən abituriyentlərdən 16 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.