-
- 7-06-2022, 12:02
- 274
Banqladeşdə 4 gündür anbar yanğını davam edir
İyunun 4-də Banqladeşin cənub-şərqində konteyner anbarında baş verən və azı 41 nəfərin ölümünə səbəb olan yanğının nəzarət altına alındığı bildirilir.
News24.az Malay Mailə istinadla xəbər verir ki, anbarda kimyəvi maddələrin olması yanğını daha da şiddətləndirib.
Banqladeş səlahiyyətliləri, anbardakı hidrogen peroksidlərin səhv etiketləndiyini və bunu bilməyən yanğınsöndürənlərin yanğına köpüklə deyil, su ilə müdaxilə etdiyini bildirib. Yanlış müdaxilədən sonra yanğının şiddətini artırdığını qeyd edən səlahiyyətlilər, qəzada anbar şirkətini günahlandırıb.
Polis yaralanan 200 nəfərdən 50-nin yanğınsöndürən olduğunu bildirib.