Hazırda bağçada olan uşaqlar yenidən qeydiyyata düşməsinə ehtiyac yoxdur
    • 7-06-2022, 16:44
    • 302

Hazırda bağçada olan uşaqlar yenidən qeydiyyata düşməsinə ehtiyac yoxdur

“Uşaq bağçalarında bu günədək qeydiyyatda olan uşaqların yeni yaradılan elektron sistemdən keçməsinə ehtiyac yoxdur”.

News24.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev “Təhsil masası”nda deyib.

Onun sözlərinə görə, həmin uşaqların adı bağçaların rəhbərliyi tərəfindən sistemə salınacaq: “Yəni həmin uşaqların adlarının təkrar sistemə işlənməsinə ehtiyac yoxdur. Yeni yaradılacaq sistemdə qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunduğundan məsləhət görürük ki, doğum şəhadətnaməsi ilə qeydiyyatda olan uşaqlara yeni şəxsiyyət vəsiqəsi alınsın”.