Mitxun Çakraborti Bakıya salam göndərdi - Video
    • 8-06-2022, 01:09
    • 313

Mitxun Çakraborti Bakıya salam göndərdi - Video

Məşhur hind kino aktyoru Mitxun Çakraborti ötən ilin payzında yeni filmin çəkilişi üçün Rusiyaya səfər edib.

News24.az "Azpost.info"ya istinadla xəbər verir ki, məşhur aktyor oğlu Namaşi Çakrabortinin baş rolda oynadığı filmin bir sıra epizodlarını Sankt-Peterburqda çəkib. M. Çakraborti yeni filmin produseridir.

Rusiyada aktyor böyük coşqu ilə qarşılanıb. İnsanlar çəkiliş məkanına yaxınlaşaraq aktyora sevgi və ehtiramını ifadə ediblər.

Filmin çəkilişlərinin təşkilində azərbaycanlı iş adamı da iştirak edib. O, Sankt-Peterburqda M.Çakrabortini müşaiyət edib. Onun internetdə yerləşdirdiyi videogörüntülər maraqla qarşılanıb. Azərbaycanlı iş adamı Mitxun Çakrabortidən Azərbaycana salam göndərməyi xahiş edib. Məşhur aktyor “Salam, Azərbaycan! Sizi sevirəm!” deyə xitab edib.

Daha sonra onun oğlu Namaşi də Azərbaycana öz sevgilərini açıqlayıb.

“Disko rəqqası” ilə məşhurlaşan M.Çakraborti SSRİ-də ağlasığmaz populyarlıq qazanıb.