Kürdəmirdə kişi həyat yoldaşını bıçaqlandı
    • 8-06-2022, 23:18
    • 325

Kürdəmirdə kişi həyat yoldaşını bıçaqlandı

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.
Hadisə Xırdapay kəndində qeydə alınıb.

Aralarında yaranmış ailə münaqişəsi zəminində 27 yaşlı Göyüşova Şəhanə Rasim qızı həyat yoldaşı Göyüşov Seymur Əkrəm oğlu tərəfindən bədənin kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralı yaxınlarının köməyi ilə dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır. /Teleqraf.com/