İçərişəhərin qala divarının yazılması faktı nəzarətə götürülüb - FOTO
    • 9-06-2022, 18:54
    • 287

İçərişəhərin qala divarının yazılması faktı nəzarətə götürülüb - FOTO

09 iyun 2022-ci il tarixində bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə İçərişəhərin qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar yayılıb.

Bunun bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən News24.az-a bildirilib ki, idarə məsələni nəzarət altına götürüb və hazırda lazımi tədbirlər görülməkdədir.

Tezliklə görülən əlavə tədbirlər haqqında ictimaiyyətə geniş məlumat veriləcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu kimi məsələni işıqlandıran hər bir kəsə təşəkkürünü bildirir.