-
- 9-06-2022, 23:44
- 204
"Azəriqaz"ın növbəti "Səyyar qəbul otağı" Ucarda quruldu
SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Açıq mikrofon" aksiyası çərçivəsində vətəndaşlarla növbəti görüşü Ucar rayonunda baş tutub.
Sakinlərə qaz təsərrüfatına dair problem və təkliflərinin rahat şəkildə səsləndirmələri üçün "Səyyar qəbul otağı" onların ixtiyarında olub.
Daxil olan müraciətlər əsasən bir sıra yaşayış məntəqələrinin qaz almayan genişlənən hissələrinin mavi yanacaqla təmin edilməsi, qapı keçidinin quraşdırılması və bəzi hallarda qaz təzyiqinin aşağı olması ilə bağlı olub.
Daxil olan müraciətlər SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Qazın balansı və hesabatı şöbəsinin rəis müavini Ceyhun Abdullayev, Ağsu Regional qaz istismarı İdarəsinin rəisi Osman Behbudov və Birliyin digər məsul şəxsləri tərəfindən cavablandırılıb. /Teleqraf.com/