ETNS:
    • 10-06-2022, 16:14
    • 423

ETNS: "Bulvarda Xəzərə axan tullantı yox, qrunt suyudur"

"Bulvar ərazisində qrunt sularının sızması mütəmadi olaraq müşahidə edilir".

News24.az xəbər verir ki, bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov deyib.

O bildirib ki, əgər orada tullantı sularının axıdılması müşahidə edilərsə, bunun qarşısı alınır:

"Son günlər sosial şəbəkələrdə yayılan görüntülərə şərh olaraq demək istəyirəm ki, Bulvar ərazisində Xəzərə axan su qrunt suyudur. Bununla bağlı aidiyyəti üzrə laborator analizlər də götürülüb".