SOCAR-ın Neft Emalı Zavodu yanır? -  VİDEO
    • 10-06-2022, 23:32
    • 784

SOCAR-ın Neft Emalı Zavodu yanır? - VİDEO

Paytaxtda yerləşən SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) yanğın görüntüləri yayılıb. Yanğın insanlarda təşvişə səbəb olub.

News24.az olaraq məsələni dəqiqləşdirmək üçün SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya Xidməti ilə əlaqə saxladıq.

Qurumdan bildirilib ki, təhlükəli bir hadisə yoxdur və hər şey planlanmış şəkildə reallaşdırılır: "NEZ-in qurğularına xam neft və neft məhsullarının qəbulu, qurğuların emal gücünə çatdırılması zamanı baş verə biləcək mümkün texnoloji dayanmaların qarşısının alınması məqsədilə müəyyən karbohidrogen qarışıqlarının zavodun məşəl sistemlərinə göndərilməsi və nəticədə NEZ-in məşəl qüllələrində tüstülənmənin olması gözlənilir.

Bu tüstülənmə qurğular tam olaraq istismar həcminə çatdırılana və emal prosesi normallaşana qədər davam edə bilər”.