Qanunsuz saxladığı ov tüfəngi ilə həm kəndlisini güllələdi
    • 13-06-2022, 12:43
    • 340

Qanunsuz saxladığı ov tüfəngi ilə həm kəndlisini güllələdi

Bərdə Rayon Polis Şöbəsinə iyunun 12-də Kələntərli kəndində kənd sakini A.Şükürovun odlu silahdan açılmış atəşdən qol nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.

News24.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində xuliqanlıq zəminində ov tüfəngindən açdığı atəşlə A.Şükürova xəsarət yetirməkdə şübhəli bilinən kənd sakini R.Lətifov müəyyən edilərək saxlanılıb.

Ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.