Təhsil naziri şagirdlərin qəzaya düşməsinə münasibət bildirdi
    • 13-06-2022, 14:22
    • 390

Təhsil naziri şagirdlərin qəzaya düşməsinə münasibət bildirdi

“İki tədbiri bir-birindən ayırd etməliyik. Biri dövlət qurumu tərəfindən keçirilən, biri də valideyn qruplarının təşkil etdikləri tədbirlərdir”.

News24.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev şagirdlərin qəzaya düşməsinə münasibət bildirərkən deyib.

“Məsələn, biz Şuşaya səfər təşkil etmişdik. Təxminən 300-ə yaxın şagird getmişdi. Burada biz aidiyyəti qurumlarla əməkdaşlıq etmişdik. Hansısa valideynlər öz övladları ilə harasa getmək istəyirsə, bu halda tövsiyə edərdim ki, ehtiyatlı olsunlar”, - o vurğulayıb.

Qeyd edək ki, iyunun 12-də Qəbələdən Bakıya hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.