Qurtuluş Günü hərbçilərlə qeyd olundu - Ruhi Əliyeva təltif edildi - FOTO
    • 15-06-2022, 13:29
    • 465

Qurtuluş Günü hərbçilərlə qeyd olundu - Ruhi Əliyeva təltif edildi - FOTO

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Qurtuluş Günü ilə bağlı hərbçilər üçün konsert proqramı təşkil edib.

News24.az-ın məlumatına görə, tədbirdə qonaq qismində “Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyeva iştirak edib.

Bayram konsertində əvvəlcə ulu öndər Heydər Əliyevin 29 il əvvəl hakimiyyətə qayıdaraq Azərbaycan xalqını, dövlətini və millətini parçalanmadan xilas etməsi yada salınıb. Əlavə olunub ki, milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir. Çıxışçılar şanlı Qarabağ zəfərindən də söz açıb. 44 günlük Vətən müharibəsinin milli kimliyimizin bərpasında əhəmiyyəti qeyd olunub. Həmçinin bu qələbəni bizə yaşadan şəhidlərin əziz xatirəsi yad edilib. Eləcə də Vətən savaşında şücaət göstərən qazilərimizin qəhrəmanlıqları vurğulanıb.

Tədbirdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində göstərdiyi fədakarlığa görə iş xanımı Ruhi Əliyeva Fəxri Fərmanla təltif olunub.

Görüntüləri təqdim edirik: