Bakıda 20 yaşlı gənc motosikletlə qəza törədib
    • 16-06-2022, 01:42
    • 324

Bakıda 20 yaşlı gənc motosikletlə qəza törədib

Bakıda 20 yaşlı gənc motosikletlə qəza törədib.

Hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 2002- ci il təvəllüdlü Qasımov Cəfər İlham oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol dirsək oynağının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. /Report/