Rusiyadan Azərbaycana dərman preparatlarının gətirilməsinin qarşısı alındı
    • 16-06-2022, 12:20
    • 281

Rusiyadan Azərbaycana dərman preparatlarının gətirilməsinin qarşısı alındı

Dövlət Gömrük Komitəsi (DGK) Rusiyadan Azərbaycana gələn nəqliyyat vasitəsində dərman preparatları aşkarlayıb.

News24.az-ın komitəyə istinadən verdiyi məlumata görə, DGK-nın Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Volvo” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Yoxlama zamanı avtomobilin kabinasında, yataq yerinin altındakı soyuducunun içərisində və əşyalar qoymaq üçün nəzərdə tutulan yerlərdə gömrük nəzarətinə bəyan edilməyən 300 ampul “Natriya Tiosulfat 10 ml” adlı dərman preparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.