-
- 16-06-2022, 16:54
- 345
DİN məktəbdə narkotik aludəçilərinin toplanması iddialarına münasibət bildirdi
Daxili İşər Nazirliyi (DİN) Goranboy rayonunda orta məktəb binasına narkotik alüdəçilərinin toplaşdığı iddialarına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Goranboyda da Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mütəmadi olaraq həm profilaktiki, həm də əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
"Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı isə polis əməkdaşları həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb.
Məktəbə bitişik olan təsərrüfat binasında hər hansı bir narkotik və ya narkotik istifadə edilməsi üçün əşya aşkarlanmayıb. Divardakı qan ləkəsindən isə nümunə götürülərək müvafiq ekspertizaya göndərilib", - DİN rəsmisi vurğulayıb.