Cahit Bağçı: “Belə layihələr yalnız media sahəsində deyil, akademik çevrələrdə də daha tematik şəkildə davam etdirilməlidir”
    • 17-06-2022, 10:55
    • 461

Cahit Bağçı: “Belə layihələr yalnız media sahəsində deyil, akademik çevrələrdə də daha tematik şəkildə davam etdirilməlidir”

“Belə layihələr yalnız media sahəsində deyil, akademik çevrələrdə də daha tematik şəkildə davam etdirilməlidir”.

News24.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə Bakıda təşkil edilən “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunda çıxışı zamanı Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı səsləndirib.

Səfir bildirib ki, dezinformasiyalar beyinləri zəhərləyir:

“Həqiqətən, Forumu son dərəcə önəmli bir dönüm nöqtəsində gerçəkləşdiririk. Bu da Şuşa Bəyannaməsinin birinci ildönümünü yaşamağımzıdır. Belə layihələrin yalnız media sahəsində deyil, akademik çevrələrdə də daha tematik şəkildə davam etdirilməlidir. Yoxsa dezinformasiya və məlumat çirkliliyi beyinlərimizi zəhərləməkdədir. Buna görə də aktiv olmalı, daha çox əmək sərf etməliyik”.