“Media sahəsində texniki məsələlərlə bağlı fikir mübadiləsi aparmalıyıq” – Türkiyəli jurnalist
    • 17-06-2022, 11:33
    • 436

“Media sahəsində texniki məsələlərlə bağlı fikir mübadiləsi aparmalıyıq” – Türkiyəli jurnalist

“Biz media sahəsində texniki məsələlərlə bağlı fikir mübadiləsi aparmalıyıq”.

News24.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin (ATEV) təşkilatçılığı ilə Bakıda təşkil edilən “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumundakı “Qarabağ Zəfərində Azərbaycan-Türkiyə Mediasının Rolu” adlı birinci paneldə çıxışı zamanı “Takvim” qəzetinin köşə yazarı Əkrəm Kızıltaş deyib.

O bildirib ki, belə forumlar davamlı təşkil edilməlidir:

“Biz media sahəsində texniki məsələlərlə bağlı fikir mübadiləsi aparmalıyıq. Bu cür toplantıların fərqli biçimlərdə davam etməsi önəmlidir. Sosial mediadakı məlumat çirkliliyilə necə mübarizə aparmalı olduğumuzu da düşünməliyik. Belə forumların keçirilməsi, davamlı hal alması vacib və çox önəmlidir”.