Qəbələdə avtomobil ağaca çırpıldı
    • 17-06-2022, 11:48
    • 232

Qəbələdə avtomobil ağaca çırpıldı

İyunun 16-da saat 4 radələrində Qəbələ rayonunun Zərgərli kəndi ərazisində Oğuz rayon sakini P.Əsgərov idarə etdiyi “VAZ-2107” markalı avtomobili ağaca vurub və nəticədə sərnişini olan atası Bəylər hadisə yerində ölüb.

News24.az xəbər verir ki, Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.