Dəhşətli qəzada ağır yaralanan şəxs sağalandan sonra İNTİHAR ETDİ
    • 17-06-2022, 12:09
    • 309

Dəhşətli qəzada ağır yaralanan şəxs sağalandan sonra İNTİHAR ETDİ

Beyləqanda intihar hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, rayonun İmamverdili kənd sakini, 1979-cu il təvəllüdlü Musa Sədatxan oğlu Həsənov gecə saatlarında yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Yaxınları bildirib ki, bir neçə il əvvəl Musa Həsənov BMW markalı avtomobildə olarkən dəhşətli qəzaya düşüb və uzun müddət müalicə olunduqdan sonra sağalıb.

Onun hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.