Bu ölkə COVID-19-la bağlı bütün qadağaları ləğv etdi
    • 17-06-2022, 17:47
    • 204

Bu ölkə COVID-19-la bağlı bütün qadağaları ləğv etdi

Misir hakimiyyəti COVID-19-un yayılması ilə əlaqədar daha əvvəl ölkə girişinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb. 

News24.az xəbər verir ki, bu barədə Misir Nazirlər Kabinetinin nümayəndəsi Nader Saad bildirib.

Beləliklə, hökumət həm xarici vətəndaşlar, həm də misirlilər üçün anti-covid tədbirlərini ləğv edib. Qərar Epidemiyalarla Mübarizə üzrə Böhran Mərkəzinin Ali Şurasının iclasının yekunları üzrə qəbul edilib. /Unikal.org/