Axtarışda olan şəxs saxlanıldı
    • 18-06-2022, 12:02
    • 285

Axtarışda olan şəxs saxlanıldı

Axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov News24.az-a bildirib ki, iyunun 17-də saat 12 radələrində Lerik rayonunun Zərdəbərə kəndində cinayət məcəlləsinin 128-ci maddəsi ilə axtarışda olan kənd sakini Vaqif Əliyev polis əməkdaşları tərəfindən saxlanılarkən o və yanında olan oğlu Ruslan tabesizlik göstərib, yaba ilə onlardan birinə xəsarət yetiriblər.

Buna baxmayaraq polis əməkdaşları tərəfindən V.Əliyev saxlanılmış, oğlu Ruslan hadisə yerindən qaçsa da tutulması təmin edilmişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.