-
- 18-06-2022, 20:56
- 477
Əcnəbi səyyahlar: “Azad edilən ərazilərdəki dağıntılar bizi sarsıtdı” - FOTO
Mən azad edilmiş ərazilərdə törədilmiş vandalizm aktlarını dəhşətlə izlədim, gördüklərimiz bizi sarsıtdı.
News24.az xəbər verir ki, bunu bu gün əcnəbi səyyahların işğaldan azad edilmiş ərazilərə səfərinin yekunları ilə bağlı mətbuat konfransında türkiyəli səyyah Uğur Demircan deyib.
“Dünya səyyahlarının gəlib bunları görməsi çox yaxşı haldır. Dünyada işğal halları çox olub. Ermənilər həmin torpaqlarda daimi qalmayacaqları üçün oraları ancaq dağıdıblar. Mənim ağlımda isə ən çox Ağdam qalacaq. Mən hətta təklif etdim ki, Ağdam necə var, elə də qalsın. Bütün dünya bu
vandalizm aktını görsün”, - türkiyəli səyyah vurğulayıb.
ABŞ-dan olan səyyah Charles Veley erməni diasporu faktoruna toxunub. O qeyd edib ki, dünyada Azərbaycanın gördüyü işlər barədə məlumatların artırılmasına ehtiyac var. O, ermənilərin işğal dövründə törətdiyi dağıntıların dəhşətli olduğunu bildirib: “Onlar burda hər şeyi dağıdıb, əraziləri isə boş saxlayıblar. Burda heç təsərrüfatla da məşğul olmayıblar.
Biz burada gördüklərimizi öz ölkələrimizdə danışacağıq”.
Səyyahlar eyni zamanda, ərazilərin ermənilər tərəfindən minalandığını, bunun böyük təhlükə olduğunu vurğulayıblar.
Səyyahlar azad edilmiş ərazilərə səfərdən məmnun qaldıqlarını bildiriblər. Onlar diqqətə çatdırıblar ki, Azərbaycan hökuməti azad edilmiş əraziləri sürətlə bərpa edir. Səyyahların fikrincə, işğaldan azad edilmiş ərazilər yaxın gələcəkdə gözəl turizm bölgəsinə çevriləcək.
Səyyahlar bildiriblər ki, işğaldan azad edilmiş ərazilərdə sürətlə yeni yolların inşasının və hava limanlarının tikilməsi olduqca diqqətçəkəndir.
Azərbaycanlı səyyah Mehrac Mahmudov deyib ki, Qarabağa gələn ilk turist qrupları Türkiyədən ola bilər. O bildirib ki, kommunikasiya çətinliyinin olmaması Azərbaycanı türkiyəli turistlər üçün cəlbedici edir.
Qeyd edək ki, xarici ölkələrdən (Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveç) olan 24 nəfər dünyaca tanınmış səyyah işğaldan azad edilən ərazilərə səfər edib. Onlar, Füzuli, Xocavənd, Şuşa, Ağdam, Zəngilan, Kəlbəcər və digər azad olunmuş ərazilərdə olublar.