Narkotiklə bağlı 56 xarici ölkə vətəndaşı saxlanıldı
    • 20-06-2022, 11:17
    • 303

Narkotiklə bağlı 56 xarici ölkə vətəndaşı saxlanıldı

Bu il narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3065 nəfər cəlb edilib.

News24.az xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar- may aylarının yekununa dair məlumatda qeyd olunub.

Bildirilib ki, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 56 nəfəri xarici ölkə vətəndaşıdır.

Onların 20 -si İran İslam Respublikası, 17-si Rusiya Federasiyası, 8-i Türkiyə, 7-si Gürcüstan, 3-ü Ukrayna, 1-i Türkmənistan vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 595 kq 197,906 qr müxtəlif növ narkotik vasitə, 532 kq 661,812 qr və 925 həb psixotrop maddələr və 1,125 qr güclü təsir edən maddə, 4 kq 865 qr (52 ədəd) çətənə bitkiləri götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 90 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 929 kq 401,269 qr, 11754 ədəd həb müxtəlif növ narkotik vasitələr, 331 kq 750,628 qr psixotrop maddələr və 108 həb, 2048 ədəd kapsul güclü təsir edən maddə çıxarılıb.