Hərbçi və maşınındakı xanım faciəvi şəkildə öldü – Foto
    • 20-06-2022, 13:29
    • 251

Hərbçi və maşınındakı xanım faciəvi şəkildə öldü – Foto

İyunun 19-da saat 22 radələrində Abşeron rayonunun Müşfiq qəsəbəsi ərazisində Pirəkəşkül kənd sakini Babək Məmmədovun idarə etdiyi “Opel” və Şamaxı rayon sakini Q.Babayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. 

News24.az-ın məlumatına görə, hadisə nəticəsində B.Məmmədov və sərnişini Samilə Məmmədova hadisə yerində ölüblər.
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bildirilir ki, vəfat edən Babək Məmmədov peşəkar həbrçi olub və Vətən Müharibəsində iştirak edib. O, baş gizir hərbi rütbəsini daşıyırmış.