Sevgililərin qurbanına çevrilən kaktuslar -FOTO/VİDEO
    • 27-06-2022, 13:34
    • 943

Sevgililərin qurbanına çevrilən kaktuslar -FOTO/VİDEO

Müxtəlif ölkələrdə bitən, gözəlliyi ilə diqqət çəkən kaktuslar Bakıda, da əkilib. Xüsusən, İtaliyadan gətirilən bu kaktuslar bulvarın müəyyən yerlərində, əsasən Biznes Mərkəzi ilə dəniz arasında sərgilənir. 

Amma təəəssüf ki, kifayət qədər bahalı olan bu kaktuslara baxmağa gələnlərin güllərə münasibəti onların qiyməti ilə tərs mütənasibdir. Dəmirlərlə ətrafının qorunmasına və xəbərdarlıq lövhəsinin olmasına baxmayaraq, insanlar nadir bitkilərə ziyan vururlar. 

News24.az xəbər verir ki, bulvarın mərkəzi hissəsində yerləşən bu bitkilər həm buradan keçən yerli sakinlərin, həm də ölkəyə gələn turistlərin zövqünü oxşamaq üçün əkilib. Di gəl, onlaradan zövq almaq əvəzinə baxanlar təəssüf hissi keçirir.

Çünki iqlimə uyğunlaşması üçün xeyli zəhmət çəkilən bu bitkilər məsuliyyətsizliyin qurbanına çevrilərək məhv olur. İqlimlə mübarizədə sağ qalan kaktuslar ona baxmağa gələn bəzi cütlüklərin  “sevgi”sindən əziyyət çəkir. Onların çoxusunun üzərində “N+B”, “N+Ü” kimi “eşq etirafları” həkk olunub.  Maraqlıdır, görəsən, kaktuslar olmasa bu "əbədi sevgilər" hara yazılacaqdı?...

Hələ hansı bölgədən olduğunu hər kəsə bəlli etmək istəyənləri demirik. Demək olar ki, ağacların hamısının üzərinə bıçaqla cızılıb “Tərtərli balası”, “Qazax”, “Ağdam”, “Şəki” sözləri əks olunub. 

Bunun nəticəsidir ki,  kaktusların sağlam qalan yarpağı demək olar ki, yox idi. 

News24.az-ın bu mövzu ilə bağlı hazırladığı reportajı təqdim edirik: