-
- 21-06-2022, 14:28
- 810
M. Topçubaşov adına elmi cərrahiyyə mərkəzində yeni təyinat- FOTO
Akademik M. Topçubaşov adına elmi cərrahiyyə mərkəzinin ümumi şöbəsinə yeni müdir təyin edilib.
News24.az-ın məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Müvafiq əmrlə bu vəzifəyə Ramil Məmmədli təyin olunub.
Qeyd edək ki, Ramil Məmmədli bu təyinata qədər Biləsuvar rayon Mərkəzi Xəstəxanasında çalışıb.
Məmmədli Ramil Şamil oğlu 7 aprel 1982–ci ildə Biləsuvar rayonunda anadan olub. 1989–1999-cu illərdə orta məktəbdə təhsil alıb. 2000-2004-cü illərdə H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilin davam etdirib.
2005-2009-cu illərdə Silahlı Qüvvələrdə müxtəlif vəzifələrdə zabit kimi çalışıb.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar lisey-məktəb təhsil kompleksində, Lənkəran İstək Liseyində,
Biləsuvar şəhər texniki fənnlər təmayüllü məktəbində və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi şəxsində müvafiq vəzifələrdə çalışıb.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin Menecment ixtisası üzrə təhsil alıb.