Rusiya-Ukrayna müharibəsi bitəndən sonra Qarabağda DAŞLAR YERİNƏ OTURACAQ – Politoloq
    • 22-06-2022, 14:37
    • 859

Rusiya-Ukrayna müharibəsi bitəndən sonra Qarabağda DAŞLAR YERİNƏ OTURACAQ – Politoloq

“Ermənistanı qeyri-konstruktiv davranışlara təhrik edən Rusiyadır. Rusiya son dövrlər məsələlərə qarışdıqdan sonra Ermənistanla Azərbaycan arasındakı dülh danışıqlarında problemlər yaranmağa başladı”. 

Bunu News24.az-a-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlarda xeyli irəliləyiş əldə edilib: “Sülh prosesinin bərpasının sürətli şəkildə reallaşdırılması ilə bağlı nəticələr əldə olunub. Ancaq Rusiya prosesə əngəllər yaratdı və indi də Ermənistana tələsməməyi məsləhət görür. Amma Azərbaycan üçün bunların hamısı qeyri-məqbuldur. Sülh danışıqları aparılmırsa, kommunikasiya xəttləri açılmırsa, ümumiyyətlə, iki ölkə arasındakı digər mübahisəli məsələlərin həlli üçün addımlar atılmırsa, bir yol qalır: antiterror və ya müharibə əməliyyatını keçirmək. Azərbaycan onsuz da bu prosesə hazırdır. Ermənistan tərəfi hələ ki, danışıqları dolaşdırmağa çalışır. Zənnimcə, bu cür cəhdlər əbəsdir. Rusiya-Ukrayna müharibəsinin bitməsindən sonra daşlar yerinə oturacaq. Güman edirəm ki, Rusiyanın bölgədəki təzyiqi azalacaq. Bu məsələlərin təxminən sentyabr-oktyabr aylarında bitəcəyini düşünürəm”.