Kıvanç Tatlıtuğ özündən çıxdı: "Sübut etsələr aktyorluqdan gedərəm" - FOTO
    • 19-12-2018, 12:55
    • 1 392

Kıvanç Tatlıtuğ özündən çıxdı: "Sübut etsələr aktyorluqdan gedərəm" - FOTO

Tanınmış türkiyəli aktyor Kıvanç Tatlıtuğun itinin qulaqlarını kəsdiyi iddia edilib. 

News24.az xəbər verir ki, haqqında yayılan xəbərə sosial şəbəkədə cavab verən K.Tatlıtuğ bunları yazıb:

"Mars və Parsı aldığım zaman quılaqları kəsik idi. Cəmiyyət içində olan bir insan kimi, belə pis işlər görmərəm.

İtlərin qulaqlarını kəsdiyimi iddia edən şəxs sənədlərlə bunu sübut etsin.

Əgər sübut olunarsa aktyorluqdan gedərəm və başqa işlərlə məşğul olaram". 

Teymur MƏMMƏDOV