News24.az-ın fotoqrafı beynəlxalq müsabiqədə qalib oldu
    • 23-06-2022, 16:04
    • 950

News24.az-ın fotoqrafı beynəlxalq müsabiqədə qalib oldu

News24.az saytının fotoqrafı Teymur Məmmədov sayca 7-cisi baş tutan “35 Awards” beynəlxaq fotomüsabiqəsində “Ağ-qara” janrında qalib olub.

T.Məmmədovun “Sport and obstacle” (İdman və maneə) fotosu 27 min 347 foto arasında 3-cü yerə layiq görülüb. 

Həmçinin sözügedən foto müsabiqənin kataloqununda da dərc olunacaq. 

Onu da bildirək ki, qalib fotodakı qəhrəman 1994-cü ildə Qarabağ müharibəsi zamanı Füzuli bölgəsində mina partlaması zamanı sağ ayağını itirən qazi Çingiz Məmmədovdur. 

Ç.Məmmədov “Qarabağ Amputee” Futbol Klubunun üzvüdür. 

Qeyd edək ki, “35 Awards” beynəlxaq fotomüsabiqəsi 2015-ci ildən etibarən ənənəvi olaraq keçirilir. Müsabiqənin 7-ci ilində 174 ölkədən 124.8 min fotoqrafın ümumilikdə 470,5 min fotosu arasında seçim edilib.