Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı
    • 24-06-2022, 16:54
    • 250

Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 427 vaksin vurulub.

News24.az verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 220, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 130, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 958, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 119 nəfərdir.