Kərim Vəliyev MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etdi
    • 24-06-2022, 20:20
    • 386

Kərim Vəliyev MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etdi

Rusiya Federasiyasında səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev iyunun 24-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 80-ci iclasında iştirak edib.

News24.az
xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.