Tbilisidə tanınmış iş adamı qətlə yetirildi
    • 25-06-2022, 00:35
    • 304

Tbilisidə tanınmış iş adamı qətlə yetirildi

Gürcüstanın paytaxtı Tbilisidə Baqebi-Tskneti yolunda naməlum şəxslər içərisində bir nəfərin olduğu avtomobilə atəş açıblar.

Qətlə yetirilmiş şəxsin tanınmış iş adamı, “Silk Road Group”un həmtəsisçisi Levan Kaçarava olduğu bildirilir.

Faktla bağlı “qəsdən adam öldürmə” və “qanunsuz olaraq odlu silah gəzdirmə, saxlama və ya əldə etmə” maddələri üzrə cinayət işi başlanılıb. /Qafqazinfo/