-
- 19-12-2018, 16:11
- 793
Vergi ödəyicilərinə - YENİ GÜZƏŞT
Vergi Məcəlləsinin 65-ci maddəsinə edilən dəyişikliyə əsasən, vergi ödəyicisinin bank hesabından hər hansı borca görə vəsaitin silinməsinə verilmiş sərəncamın icrası ödəyicinin müvafiq icra hakimiyyəti orqanına, yəni Vergilər Nazirliyinə 30 təqvim günü müddətində inzibati qaydada şikayət verdiyi halda dayandırılır.
Bu barədə Vergilər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Əvvəllər Vergi Məcəlləsinə və vergi borclarının alınmasına dair qaydalara əsasən, vergi ödəyicisi bildirişi aldıqdan 30 təqvim günü ərzində məhkəməyə müraciət etdiyi halda, onun bank hesabındakı vəsaitlərinə qoyulmuş sərəncamın icrası dayandırılırdı.
İndiki halda isə vergi ödəyicisi Vergilər Nazirliyinə inzibati qaydada şikayət verdiyi halda da sərəncamın icrası dayandırılacaq və bu şikayət üzrə qəbul edilmiş qərara uyğun olaraq müraciət təmin ediləcək. Bunun nəticəsində vergi ödəyicisinin məhkəməyə müraciət etməsinə lüzum qalmır, onun inzibati qaydada şikayəti bank hesabından pul vəsaitinin silinməməsi üçün yetərli olur.
Dəyişikliyin məqsədi sahibkarların hüquqlarının genişləndirilməsi, vergi qərarlarının inzibati qaydada mübahisələndirilməsi zamanı sahibkarın pul vəsaitlərinin toxunulmazlığının təmin edilməsi, apellyasiya institutunun səmərəliliyinin artırılmasıdır. Bu dəyişiklik nəticəsində vergi ödəyicisi əlavə hüquq əldə etmiş olur. Dəyişiklik bütün vergi ödəyicilərinə ünvanlanıb. Dəyişiklik müddət məhdudiyyəti nəzərdə tutmadığından, təsirləri uzunmüddətli qiymətləndirilə bilər.
Ekspertlər gələn ilin yanvarından tətbiq ediləcəyi gözlənilən bu dəyişikliyi vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirirlər.
Milli Məclisin deputatı Vahid Əhmədov “Vergilər” qəzetinə açıqlamasında bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, vergi ödəyicisinin bank hesabından hər hansı borca görə pulun silinməsinə verilmiş sərəncamın icra müddətinin beş iş günündən 30 iş gününədək uzadılması hər şeydən əvvəl sahibkarın maraqlarına xidmət edir:
“Əvvəlki qaydalar sahibkarlar üçün xeyli çətinliklər yaradırdı. Çünki belə mübahisələr zamanı sahibkarın inzibati qaydada şikayət edə bilməsi üçün cəmi beş günlük möhləti vardı. Bu müddət başa çatanadək sahibkar aidiyyəti üzrə şikayət etməsə, Vergilər Nazirliyi birtərəfli qaydada həmin vəsaitin silinməsini həyata keçirə bilərdi.
Indi isə belə mübahisələrin həlli üçün sahibkarlara əlavə hüquqi üstünlük verilib. Yəni Məcəlləyə edilən dəyişikliklə əlaqədar vergi ödəyicisi ilə borc mübahisəsi olduğu halda Vergilər Nazirliyi birtərəfli qaydada sahibkarın bank hesablarındakı vəsaitin silinməsini həyata keçirə bilməyəcək. Çünki sahibkar özü haqqında çıxarılmış qərarla razı olmadığı təqdirdə inzibati qaydada müraciət edərək ya Vergilər Nazirliyi vasitəsilə, ya da məhkəmə yolu ilə onu bərpa edə bilər.
Borca görə silinməsi nəzərdə tutulan vəsait yekun qərar çıxarılanadək depozit şəklində sahibkarın öz hesabında dondurulacaq və tərəflərdən heç biri ona sərəncam vermək hüququna malik olmayacaq. Bu isə sahibkarın həmin vəsait üzərində sərəncam vermək hüquqlarını bərpa etmək imkanlarının genişlənməsi deməkdir”.
//Oxu