-
- 25-06-2022, 14:40
- 497
Komando: “Şah İsmayılın yolda ölən əsgərlərindən biriyəm”
Təklükə...
Evinizdə yanğın olar, liftdə olarkən işıq sönər, yuxulu halda maşın sürərsiniz... Bunlar təhlükəli şeylərdir.
Amma komandoların təhlükə deyəndə anladıqları şey daha fərqlidir.
Bu gün Vətən uğrunda can alan, son qanına kimi döyüşüb təslim olmayan, son nəfəsində “Vətən” deyib, şəhadətə yüksələn komandolardan danışacağıq.
Bir komandonun həyatı demək olar ki, ancaq savaşlarda keçir. Onlar nəylə savaşır?
Yorğunluqla savaşır, dağları qalxarkən ağrıyan bədənlə savaşır. Yuxusuzluqdan bağlanan göz qapaqları ilə, yeriməyi rədd edən ayaqlarla, təpərdən düşən dizlərlə savaşır. Və ən nəhayət, torpağına göz dikən yağı düşmənlə.
Təlim bitəndən sonra komandolardan birininin yanına gedirəm. Soruşuram. Kənardan baxanda özünüzü necə görürsünüz? Verdiyi cavab məni qürurlandırır. Olduğu kimi deyim, siz də eşidin.
”Mən uşaq vaxtı Babək olardım, Şah İsmayıl Xətai olardım, Pənahəli xan olardım, var e o, tarixə sığa bilməyən böyük qəhrəmanlar...
Sonra dəyişdim. Babəkin arxasınca qırx sıra gələn əsgərlərdən biri oldum, Pənahəli xanın adı belə bilinməyən əsgərinə çevrildim, Xətainin Xorasan səfərinə gedərkən yolda ölən fədailərindən biri oldum mən.
İndi anlayıram ki, əslində vacib olan onlar imiş. Tarixi yazan onlardır. Tarixi yazan mənəm. /APA/