Bakı sakininə 7 bıçaq zərbəsi vuruldu
    • 27-06-2022, 10:05
    • 177

Bakı sakininə 7 bıçaq zərbəsi vuruldu

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1981-ci il Cavadov Elman Əyyub oğlu tanışı Yasin Məmmədov tərəfindən bıçaqlanıb. O, E.Cavadova ümumilikdə 7 bıçaq xəsarəti yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.