Maştağa sakinin həyətində 3,5 ton çətənə kolu aşkarlandı
    • 27-06-2022, 11:54
    • 205

Maştağa sakinin həyətində 3,5 ton çətənə kolu aşkarlandı

Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş F.Babayevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 3,5 ton çəkidə 15367 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.