Yuri Şatunovla VİDA MƏRASİMİ - Külünün bir hissəsi Almaniyaya aparılacaq
    • 27-06-2022, 12:11
    • 360

Yuri Şatunovla VİDA MƏRASİMİ - Külünün bir hissəsi Almaniyaya aparılacaq

Bir neçə gün əvvəl ürəktutmasından dünyasını dəyişən rusiyalı müğənni Yuri Şatunov dəfn edilib.

News24.az xəbər verir ki, ötən gün Moskva şəhərində sənətçi ilə vida mərasimi keçirilib.

Onun ailə üzvləri, yaxınları, dostları, o cümlədən pərəstişkarları 90-cı illərin ulduzu ilə son dəfə vidalaşmağa gəliblər. Sənətçini sevənlər onun tabutu qarşısında göz yaşlarını saxlaya bilməyiblər. İnsanların böyük əksəriyyəti vida mərasiminə ağ qızılgül çələngləri gətirib.

Yuri Şatunovun külünün bir hissəsi onun uzun müddət yaşadığı Almaniyaya aparılacaq. Bu haqda ifaçının köməkçisi Arkadi Kudryaşov məlumat verib:

"Kül qismən Almaniyada, qismən də Troekurovski qəbiristanlığında basdırılacaq. Onun arzusu külünün balıq tutmağı sevdiyi yerdə suya səpilməsi idi".

Qeyd edək ki, iyunun 23-də sərxoş vəiyyətdə olan Yurinin qəflətən halı pisləşib. 48 yaşlı ifaçı dostlarının köməyi ilə Domodedovo xəstəxanasına gedən təcili yardım maşınına yerləşdirilib. Yolda ürəyi dayanaraq vəfat edib.

Müğənni evli idi. Onun alman həyat yoldaşı Svetlanadan Denis adlı bir oğlu, Estella adlı bir qızı var. Sənətçidən ailəsinə Rusiyanın Moskva, Soçi və Almaniyanın Münhen şəhərində yerləşən milyonluq evləri, o cümlədən banklarda kapitalı 6 milyon avro dəyərindən olan pulu miras qalıb.