"BigBen kids Academy”də məzun günü – Fotolar/ Video
    • 27-06-2022, 21:03
    • 393

"BigBen kids Academy”də məzun günü – Fotolar/ Video

“BigBen kids Academy” uşaq bağçasında məzun günü keçirilib. 

News24.az xəbər verir  ki, tədbirdə bağçanın rəhbəri, müəllim heyəti, uşaqlar və valideynlər iştirak edib. 
Bağça rəhbəri Sahibə xanım çıxış edərək bu gün 16 uşağın məzun olduğunu bildirib: 
“İllərdir gözümüzün qarşısında böyüyən fidanlarımız bu gün bağça ilə vidalaşıb, məktəb mərhələsinə addım atır. Bizim üçün hər biri doğmadır. Onları maraqlı məktəb illəri gözləyir. Hər addımlarının uğurlu, həyatlarının gözəl olmasını diləyirik”. 
Daha sonra məzunlar bir-birindən maraqlı tamaşalar göstərib, rəqslər edib, şeirlər deyərək doğma bağçaları ilə vidalaşıblar. 

📍Xətai rayonu, Yeryomenko, 29C
📞+994 51 969 99 99 (wp)
☎️(012) 409 09 99

İnstagram: @bigben_kids_academy
Facebook: @bigben_kids_academy