-
- 28-06-2022, 13:53
- 280
“Azərbaycan yeni müharibəni istəmir, amma hərb yoluna DAİM HAZIRDIR” - Politoloq
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib. Səfər çərçivəsində ölkə başçısı ənənəvi olaraq bir sıra açılışlar edib, tikintisi davam edən obyektlərdə görülən işlər ilə tanış olub. Bunu qeyd etməliyik ki, işğaldan azad edilmiş ərazilərimizdə çox böyük quruculuq işləri aparılıb. O cümlədən Kəlbəcər və Laçın rayonlarında. Prezident İlham Əliyevin Kəlbəcərdə komando hərbi hissəsinin açılışında iştirak etməsi böyük bir hadisədir”.
Bunu News24.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O qeyd edib ki, İlham Əliyev komando hərbi hissəsinin açılışındakı çıxışı zamanı Ermənistana xəbərdarlıq mahiyyəti daşıyan mesajlar verdi: “Bundan əlavə o, ictimaiyyətimizi maarifləndirən bir sıra siyasi fikirlər səsləndirildi. Bu fikirlər sülh müqaviləsinə və Ermənistanın tutduğu mövqeyə aid idi. Azərbaycan lideri bildirdi ki, ölkəmiz sülhə sadiqdir və sülhün bərqərar olmasını istəyir. Azərbaycanın sülh təklifi Ermənistanın hiyləgərliyi nəticəsində pozulur. Bu baxımdan ölkə başçısı qeyd etdi ki, biz Ermənistanın yalanlarına, hiylələrinə çox dözməyəcəyik”.
Q.Hüseynli vurğulayıb ki, Ermənistan tərəfinin reaksiyaları o qədər də ürəkaçan deyil: “Lavrov bu yaxınlarda Bakıda Minsk qrupunun fəaliyyətini dayandırdığını deyib. Nikol Paşinyan isə məsələ ilə bağlı Rusiyaya sorğu göndərdi. Çünki bunu qəbul etmək istəmirlər. Paşinyan hökuməti Azərbaycanı yeni müharibəyə hazırlaşmaqda günahlandırır. Bunlar hamısı daxili bazara yönələn əsassız tənqidlərdir. Azərbaycan yeni müharibəni istəmir. Düzdür, prezident Kəlbəcərdəki çıxışı zamanı qeyd etdi ki, Azərbaycan Ordusu müharibə dövrünə nisbətən indi daha güclüdür. Yəni biz hərb istəmirik, amma hərbə daim hazırıq. Ermənistan tərəfi başa düşməlidir ki, kapitulyasiyaya gedib, sülh müqaviləsini imzalamağa tələsməmək hansı nəticələrə gətirib çıxara bilər”.