“Qarabağ” daha iki sabiq futbolçusunu geri qaytarır
    • 20-12-2018, 10:30
    • 1 009

“Qarabağ” daha iki sabiq futbolçusunu geri qaytarır

Qazaxıstanın “Astana” klubunun iki legioner futbolçusu Riçard Almeydavə Pedro Enrike “Qarabağ”a qayıda bilər.

Qazaxıstanın altıqat çempionu Avropa Liqasının qrup mərhələsinin son turunda Fransanın “Ren” klubuna uduzmaqla uğursuzluğa düçar olub və bu səbəb aparıcı oyunçuların klubdan ayrılmasına səbəb olub.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Astana”da çıxış edən sabiq iki braziliyalı futbolçusunu geri qaytarmağı planlaşdırır. Riçard Almeydada hər şey “Astana”dan asılı olacaq. Çünki onun bu klubla hələ iki illik müqaviləsi var.

Pedro Enrike isə Yunanıstanın PAOK klubuna məxsusdur. O, “Qarabağ”da olduğu kimi, “Astana”da da icarə əsasında çıxış edib. Onun uğurlu çıxışı Saloniki klubunun onu özündə saxlamasına səbəb ola bilər.

Xatırladaq ki, hər iki futbolçu “Astana”ya yayda keçib. Hər iki legioner Qazaxıstan Premyer Liqasında səkkiz və avrokuboklarda 11 matç keçirib. Pedro Enrike beynəlxalq matçlarda üç qol vurub və bir məhsuldar ötürməyə imza atıb. Millimizin futbolçusu olan Riçard Almeyda isə çempionatda cəmi bir qol vurub.

Qeyd edək ki, daha əvvəl “Qarabağ” sabiq braziliyalı futbolçusu, Qazaxıstanın “Aktobe” klubundan ayrılmış Reynaldo dos Santos Silvanı heyətinə qatıb.

//Oxu